Yuxarı

“Qalatasaray” vitse-prezidenti istefa verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qalatasaray” vitse-prezidenti istefa verdi

“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.

Axar.az Apasport.az-a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Öztürk oktyabrın 27-də keçirilən klubun İdarə Heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib.

O, baş verən hadisələrə görə istefa qərarı verdiyini açıqlayıb:

“Oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə "Qalatasaray" tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

Metin Öztürk bu gündən etibarən “Qalatasaray”ın İdarə Heyətindən və kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib.

Tarix
2026.11.01 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla