Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Sentyabr 2019


Qarabağ Ermənistanı məhv edir - Nəşnl İnterest

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun dünyanın beynəlxalq münasibətlər üzrə tanınmış ən məşhur jurnallarından biri olan “Nəşnl İnterest”də “Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” başlıqlı məqaləsi çap edilib.

Report xəbər verir ki, məqalə həmin məcmuədə mayın 14-də qondarma Dağlıq Qarabağ rejiminin xarici işlər nazirinin Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərməyə çalışan məqaləsinə cavab olaraq yazılıb.

Məqalədə göstərilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin çoxsaylı tarixi və hüquqi faktlarla Ermənistan tərəfindən süni bir qurum olduğu bir daha sübut edilir. Eyni zamanda məqalədə son zamanlar Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı münaqişənin müstəqil tərəfi kimi göstərməsi cəhdlərinin Sarkisyan-Koçaryan dövründəki münaqişəni uzatmaq və işğal faktının qanuniləşdirmək cəhdlərinin bir hissəsi olması göstərilir.

Məqalədə qeyd olunur ki, hazırkı Ermənistan rəhbərliyi və qanunvericiliyi hələ də Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də qeyri-qanuni şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qəbul etdiyi qərara istinad etməkdədi. Bu qərara daha sonra 1993-cü il avqustun 23-də qəbul edilən Müstəqillik haqqında Aktda və 1995-ci il Konstitusiyasında istinad edilib. Başqa sözlə, Ermənistan qanunvericiliyinə görə Dağlıq Qarabağ faktiki olaraq bu ölkəyə qeyri-qanuni şəkildə ilhaq edilib.

Məqalədə deyilir ki, Ermənistanın və ermənilərin ilkin və əsas niyyətləri iddia etdikləri kimi, Dağlıq Qarabağın müstəqilliyi olmamış onu Ermənistana birləşdirilməsi olub. Ermənistan torpaqların işğalı faktının onlar üçün sonrakı dövrlərdə beynəlxalq aləmdə problemlər yarada biləcəyinə görə beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağın müstəqilliyi məsələsini ortaya atmışdılar.

"Ermənistan, həqiqətən, Dağlıq Qarabağın müstəqilliyini iddia edirsə, ilk növbədə, özünün beynəlxalq hüquqa zidd bütün daxili hüquqi aktlarına yenidən baxmalı və dəyişməlidir. Ermənistan rəhbərliyi özünün bu siyasəti ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. İki əvvəlki lideri əslən Qarabağdan Ermənistanın beynəlxalq hüquqla tanınan sərhədlərindən kənarda olmuş, özlərinin siyasi karyeralarına Azərbaycana qarşı müharibədə başlamış şəxslərdir. Ermənistan Konstitusiyasına görə ölkənin prezidenti bu ölkənin vətəndaşı olmalı və ən azı 10 il bu ölkənin ərazisində yaşamalı idi. 1998-ci ildə əvvəl Dağlıq Qarabağ qondarma rejiminin prezidenti olmuş Robert Köçəryan formal olaraq bu tələblərə cavab vermirdi. Lakin o zaman Ermənistanın Kassasiya Məhkəməsi 1989-cu il dekabrın 1-də Ermənistan SSR-nin qəbul etdiyi qərara istinad edərək Dağlıq Qarabağı “hüquqi olaraq” Ermənistan ərazisi kimi tanımış və R.Koçaryanın qarşısında Ermənistan prezidenti olmaqla bağlı maneə qalmamışdı", - məqalədə bildirilir.

Məqalədə həmçinin 2003-cü ildə bir qrup müxalifətçinin Ermənistan məhkəməsində R.Köçəryanın pasportunun ləğv edilməsi və onun faktiki olaraq Azərbaycan vətəndaşı olması ilə bağlı iddiasının rədd edilməsi faktı da qeyd edilir. Bundan əlavə, məqalədə Ermənistanın Dağlıq Qarabağ ərazisində silahlı qüvvələrinin saxlaması, burada ölən əsgərlərin məhz Ermənistan Respublikasının ərazisindən olan hərbi çağrışçılar olması, eləcə də Ermənistan baş nazirinin oğlunun Dağlıq Qarabağ ərazisində hərbi xidmətdə olması faktlarının Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal edilməsi faktını bir daha sübut etməsi faktını göstərir. Bu faktlarla məqalənin girişində müəllif ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona keçən ilin oktyabrında səfəri zamanı Ermənistanın baş naziri Paşinyana keçiriləcək seçkilərdən sonra yeni hakimiyyətin münaqişənin həlli ilə bağlı “qətiyyətli addımlar” atması üçün imkan yaranacağı fikrinə Paşinyanın kobud formada etiraz etməsi faktı diqqətə çatdırılır. Eyni zamanda ABŞ-ın Ermənistadakı keçmiş səfiri öz postunu tərk etməmişdən əvvəl mətbuat üçün müsahibəsində Ermənistandakı korrupsiyanın və iqtisadi çətinliklərinin, sadəcə, olaraq keçmiş hakimiyyətin pis daxili siyasətində deyil, məhz onun xarici siyasətinin yaratdığı münbit şəraitdən doğduğunu açıq şəkildə ifadə etməsi faktı oxucuların diqqətinə çatdırılır. Keçmiş səfirin də ölkənin hazırkı ağır vəziyyətdən çıxması üçün torpaqların işğaldan azad edilməsi tövsiyəsi və bu tövsiyəyə Ermənistan rəhbərliyinin etiraz etməsi faktı vurğulanır.

Məqalənin nəticəsində vurğulanır ki, Ermənistan münaqişəni həll etmədən istənilən formada ən yaxşı islahatları həyata keçirsə belə, onu bu vəziyyətdən nə erməni lobbisi, nə də başqa hansısa qüvvə xilas edə bilər.

Tarix
2019.06.10 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Abutalıbovun “31 illik vəzifəsi” təsdiqlənmədi – Açıqlama

İranı öz raketləri ilə Ərəbistanda vurdular - Ekspert

Ərdoğan və Putin bir-birinə xəbərdarlıq etdi – Şərh

Rusiyanın yeni həmləsi: Erməni kilsəsi parçalanır

Səudiyyə teraktı: Rusiya xəbərdar olub, amma... – Sensasiya

Xələfov Lanqla danışdı: Əlaqələr genişləndirilir

Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir

Təkaltıda Azərbaycan-Türkiyənin bayraqları dalğalandı

Prezident dünya çempionatının açılış mərasimində

Baş kəşfiyyatçı Nikola bu sözləri deyib, istefa verdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla