Yuxarı

Pirlər öyrənilmir, möcüzələrə ironiya edirik - Herisçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizdəki paranormal ünvanlar, ocaq və pirlər elm tərəfindən tədqiq edilməyib. Belə ünvanlar adətən xüsusi testlər vasitəsilə tədqiq edilir. BMT-də, Harvard Universitetində araşdırılır. Habelə digər elm ocaqlarında dediyiniz oxşar mövzular araşdırılır. Azərbaycanda buna elmi yanaşmalar sərgilənməyib. Ortada böyük ağ ləkələr var. Parapsixologiya elmi üzrə mütəxəssislər bizdə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a vaxtilə ANS-də “Gizli Azərbaycan” proqramının müəllifi və aparıcısı, konspiroloq-yazıçı Həmid Herisçi pirlər, ocaqlarla bağlı danışarkən deyib.

H.Herisçi bildirib ki, Qədim Yunanıstanda adına asklapion deyilən ziyarətlər, şəfa ocaqları zənciri mövcuddur ki, pirlər, ocaqlar da oradan gəlir:

“Oradakı ayinlər aşağı-yuxarı bizim pir-ocaqlardakı mərasimlərlə eyniyyət təşkil edir - orada da qurban kəsdiyin heyvanın dərisinə bükülürdün, orada da pir yuxusuna dalırdın.

Yuxuda gördüklərini ordakı həkimlərə danışırdın. Bunun əsasında xəstəyə müalicə təyin edilirdi. Bu ocaqlarda zəhərli ilanlar da olurdu. Bu zəhərdən də müalicə üçün istifadə edilirdi. Asklapionlarda adətən həmişə endemik - yəni nadir flora-fauna nümunələri də mövcuddur”.

H.Herisçi bildirib ki, Yunanıstan fərqli olaraq Azərbaycandakı belə yerlər həqiqidir, əsldir:

“Yunanıstanda bu sistem indiyədək qalmasa da, oxşar müalicə üsulları Azərbaycanda hələ də diridir. Niyə? Çünki Yunanıstandakı bu sistem görünür kənar təsirdən yaranmışdı. Azərbaycanda bu sistemin indiyədək varlığı göstərir ki, Yunanıstandan fərqli olaraq, bizdəki asklapionlar əsldi, həqiqidi, ilkindi. Belə olmazsa, həmin ocaqlar indiyədək qalmazdı. Yalançı pirlərin ömrü az olur.

İsmayıllıda yadıma gəlir, bir nəfər özü üçün yalançı pir qurmuşdu. Buna cavab olaraq ərazisində “yalanqoz” adlanan bitki yetişmişdi. Yalanqoz, zahirən qoza bənzəyir, ancaq qoz deyil. Yəni təbiət özü həmişə bu yalanlara cavab verir”.

H.Herisçinin sözlərinə görə, təəssüf ki, Azərbaycanda bu cür ünvanların monitorinqi yoxdur, belə yerlər elm tərəfindən tədqiq edilməyib:

“Məsələn, Əshabü-Kəhf Moskva alimləri tərəfindən öyrənilib. Bu tədqiqatlara bu gün Avropa ölkələri, Rusiya maraqlıdır. Bizsə belə möcüzələrə həmişə öz ironiyalarımızla məşhuruq”.

Tarix
2019.06.12 / 10:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla