Yuxarı

Məxfi görüş: İstanbul seçkisi ləğv edilir? – Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçki ilə bağlı sensasion iddialar səsləndirilir. Bu iddialardan biri də CHP namizədi Əkrəm İmamoğlunun yol verdiyi nöqsanlara görə seçkinin baş tutmaması və Cümhur İttifaqının namizədi Binəli Yıldırımın bələdiyyə sədri təyin edilməsidir.

Axar.az xəbər verir ki, seçkiyə cəmi üç gün qalmasına baxmayaraq, səsvermənin keçirilməsi böyük sual altına düşüb.

Buna başlıca səbəb kimi İmamoğlunun Ordu valisi Səddar Yavuza “it” deməsinə görə qaldırılmış məhkəmə iddiası göstərilir. CHP namizədi israrla “Mən “vali itlik edib” yox, “bəsitlik edib” fikrini səsləndirdim” deyərək, iddiaları rədd edib.

Sözügedən anın görüntüləri Yutub şəbəkəsində yayılıb. CHP tərəfi bunun montaj olduğunu deyib.

Tərəflərin iddialarına rəğmən, yekun qərarı Ordu Prokurorluğu verəcək.

Seçkilərlə bağlı daha bir sensasion məqam isə Əkrəm İmamoğlu ilə Binəli Yıldırım arasında baş tutan debatdan öncə İmamoğlunun debatın moderatoru İsmayıl Küçükkaya ilə “Mərmərə oteli”ndə bir araya gəlməsi haqda səsləndirilən fikirlərdir. Məlumata görə, moderatorla İmamoğlu arasındakı gizli görüş debatdan iki gün əvvəl baş tutub. Məxfi şəraitdə keçən bu görüşün 46 dəqiqə davam etdiyi bildirilib.

AKP tərəfindən isə Yıldırımın köməkçisi Ömər Sərtbaş İsmayıl Küçükkaya ilə görüşüb və danışıqlar cəmi 30 dəqiqə davam edib.

Seçkiyə kölgə salan başqa bir məsələ həmin moderatorun debatı qeyri-obyektiv aparmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, debatda ədalət prinsipi qorunmayıb. Belə ki, Küçükaya 26 dəfə Binəli Yıldırımın, 10 dəfə isə CHP namizədinin çıxışını kəsib. Həmçinin İmamoğluna 63 dəqiqə, Yıldırıma isə 59 dəqiqə söz haqqı verib.

Bütün bunlar İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkinin ləğv edilməsi məsələsini gündəmdə saxlayır. Əgər Əkrəm İmamoğlu və moderatorun yol verdiyi nöqsanlar sübuta yetirilsə, Türkiyə tarixinin ən gərgin bələdiyyə seçkilərindən birinin baş tutmayacağı da mümkündür.

Tarix
2019.06.20 / 11:31
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla