Yuxarı

Özoraldan Türkiyədəki seçkilərə münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özoraldan Türkiyədəki seçkilərə münasibət

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral iyunun 23-də İstanbulda təkrar keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib.

Səfir Report-a açıqlamasında seçkilərin xalqın iradəsinə uyğun şəkildə reallaşdığını vurğulayıb:

“Seçkilər yekunlaşdı. İstanbul əhalisi seçkilərdə çox fəal iştirak etdi və onlar öz namizədlərinə səs verdilər. İstanbulda bələdiyyə seçkisinin nəticəsi bu şəhərin əhalisinin iradəsini özündə əks etdirdi. Şəhər əhalisinin, təxminən, 84 faizi seçkidə iştirak etdi. İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində əhalinin öz namizədinə səs verib yeni bələdiyyə başçısı seçməsi münasibətilə həm Türkiyə xalqını, həm də Azərbaycan xalqını təbrik edirəm”.

Qeyd edək ki, İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu qalib gəlib. Ə.İmamoğlu 54,20 faizdən artıq səs toplayıb. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan namizəd Binəli Yıldırım isə seçkilərdə 44,98 faiz seçicinin səsini toplaya bilib.

Tarix
2019.06.24 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla