Yuxarı

Güc strukturları Qusarda əməliyyat keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güc strukturları Qusarda əməliyyat keçirdi

Daxili İşlər, Milli Təhlükəsizlik və Baş Prokurorluq Qusarda keçirilmiş xüsusi əməliyyat barədə birgə məlumat yayıb. Qeyd edək ki, oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində Edik Rüstəmov valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib.

Polis Edik Rüstəmovu saxlayıb və pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları onu şəhər kənarındakı meşə zolağına aparıblar. Bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov polisə hücum edib. Odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən xüsusi əməliyyat tədbiri zamanı həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstəriblər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv ediliblər.

Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış siğınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülüb. Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2013.10.19 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla