Yuxarı

Vasif Talıbov yeni baş konsulla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov yeni baş konsulla görüşdü - Foto

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Ali Məclisin Sədri muxtar respublikada baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik edib, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin nümunə gücündə olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və ehtirama əsaslandığını vurğulayıb.

Ali Məclisin Sədri təcrübəli diplomatın muxtar respublikaya baş konsul təyin olunmasını İran İslam Respublikasının Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına verdiyi əhəmiyyətin daha bir ifadəsi kimi dəyərləndirib, Seyid Əhməd Hüseyniyə fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Seyid Əhməd Hüseyni Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, müqəddəs gündə Naxçıvanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə edib. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran baş konsul mövcud əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirib və etimadnaməsini Ali Məclisin Sədrinə təqdim edib.

Tarix
2019.08.12 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla