Yuxarı

Təyyarə quşla toqquşdu, ön şüşə parçalandı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə quşla toqquşdu, ön şüşə parçalandı - Video

Bir neçə saat əvvəl Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəza səbəbiylə bağlı bəyanat yaydı.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyi təyyarənin qara qutusunun tədqiqatından sonra qəzaya səbəbin təyyarə ilə toqquşan quş və ya quş sürüsünün ola biləcəyi qənaətinə gəlib.

“Hadisənin başvermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”, - bəyanatda bildirilib.

Bəyanatdan dərhal sonra sosial şəbəkələrdə bu versiyanı şübhə altına almağa çalışanlar oldu. Lakin bənzər qəzalar dünyanın başqa ölkələrində də yaşanıb.

Kanada Hava Yollarına məxsus kiçik sərnişin təyyarəsinin quşla toqquşması nəticəsində ön şüşəsinin düşməsiylə bağlı təqdim etdiyimiz videodan da göründüyü kimi, bu halın baş verməsi mümkündür. Quşun ön şüşəylə toqquşmasından sonra şüşənin necə qırılması aydın görünür. Bundan sonra pilot elə də ağır xəsarət almadan uğurla təyyarəni yerə endirə bilir.

Yüngül mühərrikli təyyarələrin sürəti saatda 200-300 kilometr təşkil etdiyi halda MiQ-29 üçün bu göstərici maksimum 2450 kilometr/saatdır. Zərbənin gücü hətta kiçik quşla belə sürətdə toqquşma zamanı 100-150 tona bərabər olur ki, bundan da pilotun sağ qurtulma şansı praktik olaraq sıfıra bərabər olur.

Quşların təkcə yüngül mühərrikli təyyarələrin deyil, eyni zamanda qırıcı və sərnişin təyyarələrinin ön şüşələri ilə toqquşma halları da baş vermə ehtimalları olduqca yüksəkdir.

Tarix
2019.08.22 / 16:32
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla