Yuxarı

Eldar İbrahimov fikrinə düzəliş etməyə çalışdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar İbrahimov fikrinə düzəliş etməyə çalışdı...

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov mətbuatda yer alan fikirlərinə aydınlıq gətirib.

E.İbrahimov Report-a deyib ki, “düşmən” ifadəsini keçmişdə Azərbaycan Xalq Cəbhəsindən olan deputatlara aid edib.

O qeyd edib ki, həmin şəxslər dövlətçiliyə qarşı çıxıblar: “Onlar dövlətçiliyə düşmən kimi idilər".

E.İbrahimov bildirib ki, "düşmən” ifadəsini hazırda Milli Məclisdə təmsil olunan və ya olunmayan partiyalar haqqında deməyib: "Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir. Onlar özləri də bunu yaxşı bilirlər. Çünki həmin şəxslər konstruktiv mövqedən çıxış edirlər. Ona görə də onlar haqqında elə söz deməmişəm, demərəm də. Ola bilər, fikirlərim düzgün başa düşülməyib, bəlkə kimlərsə ara qarışdırmağa çalışır... Eldar İbrahimov nə dediyini, yaxşı bilir. Müsahibəmdə fikirlərim yanlış anlaşıla bilər, amma bir daha qeyd edirəm ki, dediklərim hazırki partiyaların nümayəndələrinə aid deyil. Milli Məclisdə təmsil olunan digər partiyalardan olan deputatlara qarşı çıxmamışam... Ara qarışdırmaq istəyənlər əbəs yerə özlərini yormasınlar".

Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri müzakirələrə səbəb olub.

Tarix
2019.09.09 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla