Yuxarı

ATƏT Məmmədyarovu görüşə razı sala biləcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT Məmmədyarovu görüşə razı sala biləcəkmi?

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yaxın müddətdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün mümkünlüyünü dilə gətirib.

Axar.az xəbər verir ki, konfliktin sülhdən başqa nizamlanma yolunun olmadığını dilə gətirən Uorlik regiona səfərlərinin hələ dəqiqləşmədiyini də bildirib:

"Tərəflərin fikirlərini öyrənmək üçün vaxtaşırı olaraq bölgəyə səfərlər edirik. Hələlik növbəti səfərimizin vaxtı dəqiqləşməyib. Ancaq yaxın həftələrdə bizim tərəflərin XİN başçıları ilə görüşümüz gözlənilir. Ümid edirik ki, prezidentlər 2014-cü ilin oktyabrındakı Paris razılaşmasına uyğun olaraq dialoqu davam etdirəcəklər".

Xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında nəzərdə tutulan görüş baş tutmamışdı.

Azərbaycan Ermənistanın sülh danışıqlarını imitasiya etməsinə və konstruktiv dialoqa hazır olmadığına görə görüşləri əhəmiyyətsiz hesab edir.

Tarix
2015.01.14 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla