Yuxarı

Vurğun Əyyubun qızından son ad günü təbriki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vurğun Əyyubun qızından son ad günü təbriki...

Bu gün Azərbaycanda onu tanıyan hər kəs ölümünə min dəfə təəssüfləndi. Daha bir yaxşı adamı axirət dünyasına yola saldı.

Vurğun Əyyub hamının yaddaşında yaxşı adam kimi qaldı. Təkcə yaxşı adam kimi deyil, həm də təmiz, vicdanlı, əqidəli, qürurlu...

Bu il oktyabrın 25-də 62 yaşını tamam edəcəkdi.

Ötən il 61 yaşının tamamında qızı Vurğun Əyyubu ona yaraşan sözlərlə təbrik etmişdi.

Axar.az Modern.az-a istinadən qızının Vurğun bəyə son ad günü təbrikini təqdim edir:

"61 yaşını tamamladın. Bir 61 il daha arzulayıram sənə, amma sağlam canla davam etdirəcəyin 61 il. Düzdür, istəyərdim ki, bir ömür dünyanı tutub durasan, çünki hər keçən gün Azərbaycanın sənin kimi təmiz, dürüst, ədalətli, vicdanlı, vətənpərvər insanlara ehtiyacı daha çox artır, ancaq təəssüf ki, onların da sayı get-gedə azalır. Sən isə hələ də o təmizliyini qoruyan nadir insanlardansan.

Ancaq çox gözəl bilirəm ki, gözəl insanlar bir ömür dünyanı tutub durmur. Ancaq 62 yaşını dolduranda da deyəcəyəm ki, bir 62 il daha arzulayıram Sənə.

Atacan, özümü dərk edəndən qızın olduğum üçün o qədər çox qürur duymuşam ki!

"Vurğun Əyyubun qızıyam” cümləsini elə həvəslə, gözlərimin içi gülərək, fərəhlə demişəm ki!

Gözlərimdəki gülüşün sönməməsini arzu edirəm, Atacan, bizə…

Ad günün mübarək!

Səni çox sevirəm!”

Tarix
2019.09.25 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla