Yuxarı

Soçi görüşü: Qarabağda hərəkətlənmə olacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçi görüşü: Qarabağda hərəkətlənmə olacaqmı?

Düşünürəm ki, Soçi görüşü ərəfəsində yaranan müsbət atmosfer Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından qismən də olsa istifadə etməsinə zəmin yaradacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Valday Beynəlxalq Müzakirə Klubunun XVI toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Soçi şəhərində bir araya gəlməsi haqqında danışarkən deyib. O bildirib ki, bu görüş haqqında Ermənistan və Rusiya mətbuatında fərqli fikirlər səsləndirilir:

“Azərbaycan-Rusiya münasibətlərində son dövrlər nəzərə çarpacaq dərəcədə inkişaf gedir. Həmçinin, iqtisadi və siyasi əlaqələrin inkişafına da şahid oluruq. Düşünürəm ki, bütün bunlar münasibətlərin dinamikasından xəbər verən amillərdir. Bütün bu amillər təbii ki, Soçi görüşü ərəfəsində müsbət atmosfer yaradır. Hesab edirəm ki, bu müsbət atmosfer də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından, qismən də olsa, istifadə etməsinə zəmin yaradacaq”.

Politoloq bildirib ki, bütün hallarda baş verən prosesləri yaxından izləmək lazımdır:

“Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, istər cəmiyyətdə, istərsə də bütövlükdə siyasi ekspertlər arasında belə bir fikir var ki, Rusiya Qarabağ müstəvisində Ermənistanın indiki hakimiyyətinin öz postundan getməsi üçün İrəvana hansısa təzyiqlər göstərə bilər. Təbii ki, bu da münaqişənin tam həllinə xidmət etməyən faktdır. Münaqişənin tam həllinə nail olmadan da birdəfəlik tənzimlənmə mümkün deyil. Yəni Qarabağ münaqişəsi yarımçıq öz həllini tapa bilməz. Bu baxımdan problemin tam həlli üçün Rusiyanın mövqeyini açıq şəkildə ortaya qoyması vacibdir. Düşünürəm ki, bu görüşdən sonra rəsmi Moskva bu istiqamətdə lazımı addımlar ata bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Müzakirə Klubunun XVI toplantısı çərçivəsində Vladimir Putinlə bir araya gələcəyi gözlənilir.

Tarix
2019.09.29 / 10:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla