Yuxarı

Novruz Məmmədov istefaya gedir: yerinə o təyin edilir - Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruz Məmmədov istefaya gedir:

01:08

Oktyabrın 8-də Milli Məclis payız sessiyasının növbəti iclasını keçirəcək.

Axar.az xəbər verir ki, iclasın gündəliyi daha sonra elan edilib. Belə ki, iclasda “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 3-ci oxunuşda, “Yerin təki haqqında“, “Qaz təchizatı haqqında” və s. dəyişiklik layihələri 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Əvvəlcədən isə iclasın oktyabrın 18-də keçiriləcəyi bildirilmişdi.

Qeyd edək ki, iclasın 10 gün əvvələ çəkilməsi, üstəlik, gündəliyinin daha sonra elan edilməsi müəyyən müzakirələrə yol açıb. İddialara görə, bu gün Milli Məclis çox mühüm qərarlar qəbul edəcək.

***

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ də daxil edilib.

Beləliklə, Baş nazir Novruz Məmmədovun istefa verəcəyi haqqında ötən gün yayılan məlumat təsdiqlənir.

Tarix
2019.10.08 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla