Yuxarı

Əli Kərimlinin 50 nəfərlik şousu: Hədəf nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Kərimlinin 50 nəfərlik şousu: Hədəf nədir?

Müxalifətin birinci dərəcəli fikri odur ki, Azərbaycanda qarışıqlıq yaratsın.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Rzayev ötən gün AXCP-nin keçirdiyi piketlə bağlı danışarkən deyib. O, müxalifətin əsas məqsədinin heç də insanlara səslənmək olmadığını bildirib:

“Onlar icazəli mitinq, toplantı, piket keçirməyə yox, qarşıdurma yaratmağa çalışırlar ki, sonra desinlər, “iqtidar təzyiq etdi”. Ancaq iqtidar mitinq keçirilməzdən əvvəl onlara xəbərdarlıq edir ki, hər bir piket, yığıncaq hüquq çərçivəsində olmalı, qayda-qanuna əsaslanmalıdır. Həmçinin insanların rahatlığı pozulmamalı, nəqliyyatın hərəkətinə maneə yaradılmamalıdır. Amma müxalifət nümayəndələri çalşırlar ki, mitinqlərdə dava olsun, polislər müdaxilə etsin, onlar da bundan istifadə edərək ajiotaj yaratsınlar. Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s. bu kimi əməllər bir daha göstərir ki, 90-cı illərin psixologiyası, ab-havasında olan müxalifət heç vaxt düzəlməyəcək. Şou yaratmağa çalışırlar ki, guya onların azad piket keçirməsinə müdaxilə edilib, müxalifət nümayəndələri təqib edilib və s. Əli Kərimlinin 50 nəfərlə “inqilab” cəhdi növbəti özünüifşaya çevrildi”.

Millət vəkilinin sözlərinə görə, AXCP normal siyasi mübarizə aparmaq, hətta aksiya keçirmək iqtidarında deyil:

“Fikir vermisinizsə, müxalifət mitinqdə hər dəfə eyni sözləri deyir, Qarabağ məsələsini, insan hüquqlarının pozulması və siyasi məhbuslara azadlıq məsələlərini qaldırırlar. Azərbaycanda siyasi məhbus yoxdur, qanunları pozan şəxslər var. Digər tərəfdən, Qarabağ məsələsi ilə ölkə rəhbərliyi məşğul olur. Onlar vaxtilə Qarabağı veriblərsə və indi qaytarmağın “yollarını” bilirlərsə, çıxıb desinlər”.

Millət vəkili qeyd edib ki, AXCP-yə şəhərin mərkəzində piket keçirməyə icazə verildi, amma piketdə qarışıqlıq yaradılacağı gözlənilən idi:

“Bütün bunları görəndən sonra demək olar ki, mitinqə ehtiyac yoxdur. Məlum məsələdir ki, Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması şəhərin mərkəzində itaətsizlik mühiti yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyır”.

Tarix
2019.10.09 / 08:15
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla