Yuxarı

Xarici jurnalistlərə Qarabağdan danışıldı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici jurnalistlərə Qarabağdan danışıldı...

Oktyabrın 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvləri Qlobal Jurnalistlər Şurasının nümayəndələri ilə görüş keçiriblər.

Axar.az xəbər verir ki, İctimai Birliyin idarə heyətinin sədr müavini Elçin Əhmədov xarici jurnalistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və ağır nəticələri barədə məlumat verib. O qeyd edib ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bu insanlar 30 ilə yaxındır ki, qaçqın və köçkün vəziyyətində yaşayırlar. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi dünyada mövcud olan ikili standartlar nəticəsində 25 ildən çoxdur ki, yerinə yetirilmir. ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar dəfələrlə erməni təcavüzünü pisləyən sənədlər qəbul ediblər. Əfsuslar olsun ki, həmin sənədlərin də münaqişənin həllinə müsbət təsiri olmayıb.

İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev çıxışında qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Ermənistanla informasiya müharibəsinin davam etdiyini bildirən icma rəhbəri deyib ki, işğalçı Ermənistan hakimiyyəti və onların Dağlıq Qarabağdakı əlaltıları olan cinayətkar ünsürlər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımız öz torpaqlarından didərgin düşüb.

İcma rəhbəri çıxışında vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu diqqətə çatdırıb.

Tural Gəncəliyev xarici jurnalistləri slayd vasitəsilə işğal altında olan ərazilərimizdə ermənilər tərəfindən məhv edilmiş dini və mədəniyyət abidələrimizin vəziyyəti ilə tanış edib.

Tarix
2019.10.16 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla