Yuxarı

Avropa İrəvandan izahat tələb edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa İrəvandan izahat tələb edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni başlayan qış sessiyasının ilk iş günündə Azərbaycandan sonra bu qurumun Nazirlər Komitəsinə rəhbərlik etməyə başlayan Belçikanın xarici işlər naziri Didier Reynders hesabat məruzəsi ilə çıxış edib.

AzərTac xəbər verir ki, keçən sessiyadan bəri görülən işlər barədə məlumat verdikdən sonra fəaliyyətdə olan Nazirlər Komitəsi sədri ənənəvi olaraq deputatların suallarına cavab verib. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov D.Reyndersə belə bir sualla müraciət edib: "Hər ölkədə məhkəmə ali hüquqi instansiya sayılır və onun qərarlarının icrası mütləqdir. Lakin bir də var qanuni mövcud olmayan qondarma bir qurumun saxta məhkəməsi və onun heç bir hüquqi gücü olmayan qərarı. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş və Dağlıq Qarabağda separatçı rejimin qanunsuz məhkəmə keçirərək ömürlük həbs cəzası verdiyi Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilmiş Şahbaz Quliyevin dərhal və qeyd-şərtsiz azad edilməsini bu ssenarinin arxasında duran Ermənistan dövlətindən tələb edə bilərsinizmi? Axı siz 6 ay müddətində Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi yüksək səlahiyyətlər daşıyacaqsınız və təsirli tədbir görməyə imkanınız olacaq".

Nazirlər Komitəsinin katibliyi ilə məsləhətləşmələrdən sonra D.Reynders təəssüflə bildirib ki, bu məsələ hələ orada araşdırılaraq müzakirə mövzusu olmadığından müfəssəl məlumata malik deyil. Ona görə də lap yaxın zamanda bu problemi diqqətlə öyrənəcək. Nazirlər Komitəsinin sədri əlavə edib ki, Ermənistana nəzərdə tutulan səfəri zamanı bu məsələni də rəsmi Yerevan qarşısında qaldıracaq.

Nazirlər Komitəsi sədrinin cavabında məsələnin araşdırılması vədindən əlavə diqqəti cəlb edən əsas cəhət bundan ibarətdir ki, Avropa Şurası Nazirlər Komitəsi Ermənistanın riyakarlıqlarına, guya Dağlıq Qarabağın öz siyasətini müstəqil şəkildə həyata keçirməsi haqda iddialarına zidd olaraq məhz Yerevandan izahat istəyəcəyini bəyan edib.

Tarix
2015.01.27 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla