Yuxarı

Avropa nəhəngi nədən Azərbaycanı seçir? - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Almaniya kimi hegemon bir dövlətin Azərbaycana bu qədər önəm verməsi bir çox məqamlardan xəbər verir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Şahinoğlunun sözlərinə görə, bu gün Avropanın Azərbaycan vasitəsilə enerji asılılığından qurtulmağa çalışması ölkənin geosiyasi vəziyyətinə mühüm təsir göstərəcək:

"Almaniya Avropanı qaz asılılığından qurtarmaq istəyir. Bunun üçün hazırda regionda ən münasib ölkə Azərbaycandır. TANAP layihəsi Azərbaycan qazını Avropaya çatdıracaq. Bu ölkənin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə dair gələcək ümidləri var. Odur ki, Almaniya kansleri Angela Merkel Azərbaycanla enerji əməkdaşlığına bu qədər böyük önəm verir. Hətta gələcəkdə Azərbaycan və Almaniya arasında çox sıx əməkdaşlığa dair mesajlar verən kansler bununla bağlı fikirlərini də gizlin saxlamadı. Yəni bu ondan xəbər verir ki, Azərbaycanın Avropa üçün əhəmiyyəti və aktuallığı xeyli artıb. Almaniya kimi güclü və hegemon bir dövlətin Azərbaycanı seçməsi isə bizim üçün çox böyük bir şansdır. Buna şərait yaradan bir qədər də dünyanın hazırkı mövcud geosiyasi vəziyyətidir. Ancaq gələcəkdə Bakı- Berlin əlaqələrinin intensivləşəcəyinə və bu yöndə mühüm yeniliklərin olacağına dair ümidlər var. Qeyd edim ki, Almaniya Avropa Birliyinin lokomotiv dövləti sayılır. Ona görə də Almaniya ilə sıx münasibətlər Azərbaycanın xeyrinədir".

Tarix
2015.01.28 / 10:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla