Yuxarı

Əsədov Saraya fikrini dəyişdi: indi də “səs-küy” istəmir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədov Saraya fikrini dəyişdi: indi də “səs-küy” istəmir...

Daha öncə mənim bu haqda konkret bir fikrim yox idi, sadəcə, Sara xanımın kimliyi, onun bizim tariximiz, mədəniyyətimizlə yaxından tanış olduğu haqda təsəvvürə malik idim.

Bu sözləri Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov niderlandlı araşdırmaçı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası haqda növbəti açıqlamasında deyib.

F.Əsədovun sözlərinə görə, o hazırda bu haqda müfəssəl məlumat yığmağa davam edir və dissertasiyanı oxuyur:

“Düşünürəm ki, Sara xanımın yazdığı əsərdən erməni təxribatçıları mümkün qədər istifadə etməyə çalışır. Mən bu əsər haqda bu qədər böyük səs-küyün yaranmasının tərəfdarı deyiləm. Bu, elə də böyük elmi nailiyyət, böyük bir əsər deyil ki, təcili olaraq ona qarşı bir tədbir görək. Zənnimcə, məsələyə bu qədər həssaslıqla yanaşmanın heç bir mənası yoxdur. Hələ də alim kimi tanınmayan bir müəllifin əsərinə bu qədər hamılıqla diqqət ayırmağımızı düzgün hesab etmirəm. Gördüyümüz işləri təxirə salmadan, tələsmədən əsərlə tanış olmalı, onun doğrudanmı hər hansı bir elmi dəyərə malik olub-olmamasını müəyyən etməliyik. Bu adi bir elmi prosesdir. Bizim tariximizlə bağlı yazılan elmi əsərə layiqli rəy verməyi bacarmalıyıq. Təəssüfləndirici haldır ki, mətbuat bunu böyük bir hadisəyə çevirir. Bunun də səbəbi odur ki, dissertasiyanın mövzusu olan şəxs və onun yaratdığı əsərlər (Ziya Bünyadov – red.) bizim tariximizin yazılmasında aparıcı rol oynayıb. Əgər bu əsər bizim tarixi yaddaşımızı və tarixi şüurumuzu şübhə altına alırsa, elmi əsaslarının olub-olmamasını və metodoloji cəhətdən dürüst bir iş nəticəsində ərsəyə gəlib-gəlməməsini biz müəyyən etməliyik və edəcəyik”.

F.Əsədov deyib ki, əsərə bu qədər diqqət Sara Krombaxın nüfuzunun artmasına gətirib çıxara bilər:

“Bunu da heç istəməzdik. Buna oxunaqlı, anlaşılan, təhqirə yol vermədən, ciddi narahatçılığmızı bildirən bir rəy vermək lazımdır. Bu haqda tələsmədən bir yazı yazmaq, əlbəttə ki, bizim borcumuzdur”.

Qeyd edək ki, S.Krombaxın monoqrafiyaya görə təşəkkür etdiyi şəxslər sırasında F.Əsədov da var. F.Əsədov bundan öncəki açıqlamasında S.Krombaxın bəzi fikirlərindən ermənilərin bizə qarşı istifadə etdiyini bildirmiş, müəllifin Azərbaycana qarşı bu saxtakarlıqları edəcəyinə inanmadığını söyləmişdi.

Professor Aida Qasımovanın mövzu ilə bağlı geniş məqaləsinə şərhində isə F.Əsədov S.Krombaxda erməni təsiri axtarmağa qarşı çıxmış, bu prizmadan yanaşmanı qəbul etməmişdi.

Tarix
2019.11.05 / 09:35
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla