Yuxarı

Özbəkistan Azərbaycandan 7,5 milyonluq xalça sifarişi aldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan Azərbaycandan 7,5 milyonluq xalça sifarişi aldı

Azərbaycandan 7,5 milyon ABŞ dolları həcmində xalça sifarişi almışıq.

Kult.az APA-ya istinadən xəbər verir ki, bunu Xivə xalça fabrikinin direktor müavini Öktəm Rəhimov deyib.

"2020-ci ildə modernizə olunduqdan sonra fabrikimiz ayda 750 min kvadrat metr xalça istehsal edir. Məhsullarımızı, əsasən, Azərbaycan da daxil olmaqla, MDB ölkələrinə, Çinə ixrac edirik", - Öktəm Rəhimov bildirib.

Qeyd edək ki, Özbəkistana işgüzar səfər çərçivəsində Xivə xalça fabrikində olan Azərbaycanın media nümayəndələri müəssisənin istehsal prosesi, məhsullarının ixrac imkanları və fəaliyyət istiqamətləri barədə məlumat alıblar.

Bildirilib ki, Xivə xalça fabriki bölgənin ən iri sənaye müəssisələrindən biridir. Müəssisədə pambıqdan iplik və hazır parça, xalça istehsalı həyata keçirilir. Fabrikdə müasir texnoloji avadanlıqlar quraşdırılıb, məhsullar həm daxili bazarda, həm də xarici ölkələrə ixrac olunur. Burada yüzlərlə yerli sakin məşğulluqla təmin edilib.

Səfər zamanı yerli turizm obyektləri, tədris ocaqları, istehsal müəssisələrini ziyarət edən azərbaycanlı jurnalistlər Xivə bölgəsinin iqtisadi, sosial və turizm potensialı ilə yerində tanış olmaq imkanı qazanıblar.

Səfər "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi" çərçivəsində reallaşdırılıb. Layihə iki ölkə arasında media sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin aparılmasını, həmçinin media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsini nəzərdə tutur.

Tarix
2025.11.05 / 20:47
Müəllif
Kult.az
Digər xəbərlər

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla