Yuxarı

Xaçmazda Qara kərkəs belə xilas edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda Qara kərkəs belə xilas edildi

Xaçmaz şəhəri ərazisində şam ağacında aşkarlanan Qara kərkəs xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.

Axar.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində sakinlər avtomobillərin intensiv hərəkət etdiyi yolun kənarındakı şam ağacında böyük qanadlı quş olduğunu müşahidə ediblər.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Əraziyə FHN-in xilasediciləri və ekoloqlar cəlb olunublar. Polis əməkdaşları tərəfindən yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Xilasedicilər Qara kərkəsi şam ağacından götürərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil veriblər.

Adı “Qırmızı Kitab”a düşən Qara kərkəs Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb.

Tarix
2025.11.05 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla