Yuxarı

İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş...

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza otel spa" adlı otelin müdiri saxlanılıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə oteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham edilib.

Onunla bərabər otelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nicat Turxana oteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.

Nicat Sadıqzadə məhkəmədə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, otel faktiki olaraq onun bibisi oğlu Fərid Sadıqzadəyə məxsusdur. Bibisi oğlu Fərid qeyd edilən oteli idarə etməyi ona həvalə edib. Həmçinin qeyd edib ki, Turxanı yaxşı təlimatlandırmadığından müdir olduğu otel əxlaqsızlıq yuvası kimi istifadə olunub. Buna görə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə Nicad Sadıqzadə və Turxana 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və bir il sınaq müddəti hesab edilməklə, cəza şərti hesab olunub.

Tarix
2025.11.05 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla