Yuxarı

Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı çoxsaylı şikayətlərin olması ilə bağlı məlumat yayılıb.

Bəs Rəşad Məmmədovun həkim kimi fəaliyyət göstərməsi üçün rəsmi lisenziyası varmı?

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.az-a açıqlamasında Rəşad Məmmədovun adının Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almadığı bildirilib.

Məlumatda qeyd olunub ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə üzrə tibbi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur və belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:

"Qanunvericiliyə əsasən, sağlamlığa zərər vurulması halları aşkarlanarsa, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciətlər əsasında araşdırma aparır. Belə müraciət daxil olduqda, məsələ "İnzibati icraat haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunlara uyğun qaydada araşdırılır".

Tarix
2025.11.05 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla