Yuxarı

Ravvinlər konfransı ləğv etdi – Bakı nələr itirdi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ravvinlər konfransı ləğv etdi – Bakı nələr itirdi?

3-6 noyabrda Bakıda keçiriləcəyi elan edilən “Avropa ravvinləri konfransı” (Conference of European Rabbis) tədbirə sayılı günlər qalmış ləğv edildi. Hazırda da bunun ətrafında müzakirələr davam edir.

Bəziləri guya Türkiyənin müəyyən siyasi dairələrində narazılıq yaratdığı üçün tədbirin ləğv edildiyini iddia edir. Bu iddianı ortaya atanlar yəqin ki, Azərbaycanın hansı stabil siyasət yeritdiyini unudurlar.

Həm də 2021-ci ildə İstanbulda İslam ölkələri Ravvinlər İttifaqının ilk toplantısı keçirilmişdi və orada Rusiya da daxil olmaqla, 14 ölkədən nümayəndələr iştirak etmişdi. Daha sonra isə konfransın nümayəndə heyətini Ankarada şəxsən Prezident Ərdoğan özü qarşılamışdı.

Doğrudur, o vaxt 2023-cü il 7 oktyabr hücumu hələ baş verməmiş, Qəzza savaşı olmamışdı, ancaq hazırda Qəzzada atəşkəsdir və Azərbaycanın sülhməramlı kimi orada iştirakı əsas müzakirə mövzusudur. Strateji müttəfiqi olan Azərbaycanın İsraillə münasibətlərinin bu məqamda inkişaf etdirilməsi Türkiyənin də gələcək maraqlarına uyğun olmalıdır hər halda.

Təşkilatçıların özünün yaydığı açıqlamada konfransın təhlükəsizlik səbəbi ilə ləğv edildiyi bildirilir ki, bu da az inandırıcıdır – baxmayaraq ki, İranda bundan ölkəmizə qarşı yeni təbliğat üçün sui-istifadə meyilləri başlamışdı, amma Azərbaycan öz ərazisində təhlükəsizliyi təmin etməyə qadirdir və bu, müzakirə predmeti belə deyil.

Səbəbdən asılı olmayaraq, nəticə ortadadır: konfrans ləğv edildi.

Konfransın ləğvi ilə Bakı nələr itirdi?

Konfransa Avropa ölkələrindən 600 ravvinin qatılması gözlənilirdi. Konfransın ən azı 4 gün davam edəcəyini nəzərə alsaq, ravvinlərin Bakıya səfəri 5-6 gündən az olmayacaqdı. Otelçilər və turizm sahəsində çalışanlar üçün heç də pis gəlir deyildi.

Bu konfrans həm də yəhudilərin çox rahatlıqla gəzib dolaşdığı azsaylı ölkələrdən biri kimi Azərbaycanda xalqımızın tolerantlığının növbəti nümayişi olacaqdı, sabit, abad, təhlükəsiz ölkə imicimizə də yaxşı mənada qatqı verəcəkdi. Bu da ölkəmizin təbliği, cəlbediciliyi baxımından işə yarayırdı.

Hələ siyasi məqamlara toxunmuruq: yəhudi lobbisinin gücü hər kəsə bəllidir; Bakıya gələn və burda sayğı görən ravvinlərlə şəxsi əlaqələrin güclənməsi yalnız xeyrimizə ola bilərdi.

Buna görə ravvinlərin konfransının ləğvindən yalnız təəssüflənmək olar...

Bu sadalananlar bir az “yəhudivari” çıxa və azərbaycanlılar haqda “türklərin yəhudiləri” rəyini gücləndirə bilər. Qoy olsun - bundan narahatlıq üçün əsas axtarmağa ehtiyac yoxdur. Biz ərazi bütövlüyümüzü qeyd-şərtsiz, ən yüksək tələblər və milli maraqlar çərçivəsində, arzuladığımızın da üstündə təmin etmiş müasir dövrün yeganə dövlətiyik - əgər buna həm də ağlımızla nail olmuşuqsa və “yəhudi” sözü “ağıl” sözünün ekvivalenti kimi istifadə olunursa, etiraz etmirik!

Tarix
2025.11.04 / 11:31
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla