Yuxarı

Metroda bu istiqamətdə birbaşa hərəkət bərpa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda bu istiqamətdə birbaşa hərəkət bərpa olundu

09:20

27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov - İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.

Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib.

Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.

Bununla da “Həzi Aslanov - Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov - İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olunub. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.

2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

Tarix
2026.10.27 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla