Yuxarı

"Qızıl top"u bu futbolçu qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qızıl top"u bu futbolçu qazandı

İngiltərə yığmasının və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn Fransanın "France Football" jurnalı tərəfindən 2025/26-cı illər mövsümü üçün dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb.

Axar.az xəbər verir ki, yubiley - 70 illik mükafatlandırma mərasimi Londondakı "Palladium" teatrında keçirilib.

H.Keyn 2001-ci ildə Maykl Ouendən sonra "Qızıl top"u qazanan ilk ingilis və tarixdə bunu qazanan beşinci ingilis olub.

Bildirilib ki, əvvəlki qaliblər arasında Stenli Mettyus, Bobbi Çarlton, Kevin Kiqan və Ouen də olub.

Qeyd edək ki, H.Keyn 2025/2026-cı illər mövsümündə "Bavariya" ilə Super Kubok, Almaniya Kuboku və Bundesliqa titulunu qazanıb. O, həmçinin İngiltərə yığması ilə 2026-cı ilin dünya çempionatında bürünc medala sahib olub. Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər "Bavariya" və İngiltərə millisinin heyətində 65 matçda 73 qol vurub.

Keynlə yanaşı, ardıcıl üçüncü il "Ən yaxşı gənc oyunçu" mükafatını qazanan Lamin Yamal və Kilian Mbappe də "Qızıl top" mükafatına namizəd olublar.

Tarix
2026.10.27 / 08:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla