Yuxarı

TKTA saxta diplom məsələsinə aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TKTA saxta diplom məsələsinə aydınlıq gətirdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının audit nəticələrinin mediada işıqlandırılması ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, agentlik bəzi media resurslarında dərc olunan “TKTA-da saxta diplomlar aşkarlandı” məzmunlu başlıqların auditdə göstərilən faktların mahiyyətini düzgün əks etdirmədiyini bildirib.

Qurumun açıqlamasına görə, Hesablama Palatasının məlumatında xarici kvalifikasiyaların tanınması üçün təqdim olunan sənədlərin həqiqiliyinin yoxlanılması, saxta sənədlərin müəyyən edilməsi və bununla bağlı TKTA-nın gördüyü tədbirlərdən bəhs olunub.

Agentlik qeyd edib ki, ərizəçilərin təqdim etdiyi sənədlərin həqiqiliyini müəyyənləşdirmək üçün xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Sənədin həqiqi olmadığı müəyyən edildikdə qanunvericiliyə uyğun qərar qəbul olunur, saxtakarlıqla bağlı məlumatlar isə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilir.

TKTA auditin maliyyə fəaliyyəti ilə bağlı hissəsinə də münasibət bildirib. Qeyd olunub ki, hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, həmçinin gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulub.

Agentlik media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa çağırıb.

Tarix
2026.10.27 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

İlham Əliyev açılış mərasimdə iştirak edir - Canlı

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla