Yuxarı

Ölkədə Milli Qiymətləndirmə Standartları hazırlanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə Milli Qiymətləndirmə Standartları hazırlanacaq

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AQC-dən Axar.az-a verilən məlumata görə, iclas zamanı AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.

Bildirilib ki, mövcud beynəlxalq praktikadan istifadə etməklə Azərbaycan qanunvericiliyinə uyğun standartlar hazırlanmalıdır. Həmçinin bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi heyətinin formalaşdırılması qərara alınıb.

Son dövrlər ixtisas imtahanlarının Dövlət İmtahan Mərkəzindən alınaraq başqa quruma verilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişiklik təklifinə münasibət bildirən AQC İdarə Heyəti bu addımın imtahan prosesinin obyektivliyinə təhlükə yarada biləcəyi səbəbindən qəbuledilməz olduğunu vurğulayıb.

İclasda həmçinin AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentlərinin yeni rəhbərləri müəyyən edilib. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov, Maliyyə Departamentinin rəhbəri isə Xətai Teymurov təsdiq olunub.

Sonda təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və cari məsələlər də müzakirə edilib.

Tarix
2025.11.05 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla