Yuxarı

İlham Əliyevin banklardan tələbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda banklar haqqında fikirlərini bildirməsi maliyyə qurumlarının gələcək fəaliyyətində əsaslı dönüşün başlanğıcı ola bilər.

Axar.az xəbər verir ki, İ.Əliyev bank sektorunun inkişafının son illərdə sürətlə getdiyini bildirərək, nizamnamə kapitalının artırılması nəticəsində bunun bank sisteminə çox müsbət təsir göstərdiyini, ölkəni və əhalini gözlənilməz sürprizdən qoruduğunu deyib.

Ölkə iqtisadiyyatına investisiya ayırmasından danışan prezident bankların xarici bazarlarla yanaşı ölkədə resurs rolu oynamağının vacibliyini bildirib:

"Banklarımızın kifayət qədər böyük nizamnamə kapitalı var. Bizim banklarımızın bir neçəsi artıq xarici bazarlara çıxır, xaricə investisiya qoyur. Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların ki böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir".

Bank sektorunun dövlətdən aldığı vəsaitləri düzgün qiymətləndirməsinin vacib olduğunu deyən İ.Əliyev ildə iki dəfə görülən işlər barədə hesabat tələb edib:

"Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur".

Bildirək ki, prezidentin bu çıxışından sonar bankların birbaşa prezidentə hesabat təqdim etməsi onların fəaliyyətində şəffaflığın yaradılmasına, ölkə başçısı tərəfindən verilən təkliflərə əməl olunmasına gətirib çıxaracaq. Bundan başqa, İ.Əliyevin ötən il kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı verdiyi tapşırıqların yerinə yetiriləcəyi də gözlənilir.

Tarix
2015.01.28 / 15:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla