Yuxarı

Nazirlik hərəkətə keçdi: reydlər başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda avtobus sürücülərinə qarşı xüsusi reydlərə start verilib.

Axar.az xəbər verir ki, Nəqliyyat Naziriliyində bu barədə müzakirələr aparılıb və Bakı-2015 Avropa Oyunlarının başlanma tarixinədək reydlər davam edəcək.

Reydlərin keçirilməsində məqsəd sükan arxasında vahid geyim qaydasına əməl etməyən, çay içən, sənədsiz maşın sürən, sərnişinlərlə qeyr-etik davranan avtobus sürücülərinin cəzalandırılmasıdır.

Bildirək ki, paytaxtdan başqa ölkənin bir sıra iri şəhərlərində də bu cür reydlərin keçirilməsinə başlanılıb.

Gəncədə keçirilən yoxlamalar zamanı bir neçə avtobus sürücüsünün qanunu pozduğu aşkarlanıb. Kəpəz TV-nin məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə şöbəsi və 1 saylı Regional Nəqliyyat MMC-nin birgə həyata keçirdiyi reyddə bir çox qayda pozuntusu ilə bağlı sürücülərə xəbərdarlıq edilib. 10 sürücüyə cərimə protokolu tərtib olunub, 5 avtobus isə xətdən çıxarılıb.

Xatırladaq ki, bu gün paytaxtda analoji reyd zamanı bədbəxt hadisə baş verib. Belə ki, 20 Yanvar dairəsində Sumqayıt-Bakı istiqamətində qeyri-qanuni sərnişin daşımaqla məşğul olan şəxs nəqliyyat müfəttişləri ilə mübahisə etdikdən sonra özünə və müfəttişə od vurub.

Həmin şəxsin dil qüsurlu olduğu bildirilir.

Tarix
2015.01.29 / 08:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla