Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2019


Vilayət Eyvazov Fransa səfirini qəbul etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, qonağı salamlayan nazir yeni təyinat münasibəti ilə onu təbrik edib, ölkəmizdəki diplomatik işində ona uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

İkitərəfli münasibətlərin zəngin ənənələrə malik olduğunu, bu əlaqələrin qurulmasnda ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini məmnunluqla xatırladan general-polkovnik V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkələrimiz və xalqlarımız arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, qarşılıqlı faydalı işbirliyinin nəinki qorunub-saxlanılmasına, davamlı və hərtərəfli inkişafına da böyük önəm verdiklərini, bu ali diqqət, eləcə də dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində Azərbaycan-Fransa əməkdaşlığının bütün sahələrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Sonra fransalı diplomata müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi hadisələr, xalqın tələbilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, onun rəhbərliyi altında həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi barədə məlumat verilib, ölkəmizin Avropaya inteqrasiya etdiyi, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul olunduğu, bu işdə bir sıra inkişaf edən dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən fransalı mütəxəssislərin böyük rolu olduğu, həmin qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Daxili İşlər nazirlikləri arasında mövcud əlaqələrdən söz açan nazir V.Eyvazov bu əməkdaşlığın, əsasən, Fransanın daxili təhlükəsizlik məsələləri üzrə ölkəmizdə akkreditə olunan regional attaşesi vasitəsilə həyata keçirildiyini, ölkəmizə səfərləri zamanı qarşılıqlı faydalı işbirliyinə dair onlarla dəfələrlə müzakirələr aparıldığını xatırladıb. Bu əməkdaşlıq çərçivəsində müxtəlif illərdə Bakı şəhərində keçirilmiş təlimlərdə daxili işlər orqanlarının ümumilikdə 57 əməkdaşı iştirak edib. Əməkdaşlığın davamı olaraq, cari il noyabrın 11-də Bakıdan başlayan, hazırda Tbilisi şəhərində davam edən “Narkotik vasitələrə qarşı mübarizədə nəzarətli çatdırma” adlı praktik təlimdə ölkəmizin müvafiq dövlət orqanlarının əməkdaşlarından ibarət heyətin də iştirak etdiyi qeyd olunub.

V.Eyvazov “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Fransa Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra qarşı tərəfə təqdim olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərildiyini, həmin sənədin imzalanmasının əlaqələrin daha da inkişafına əlverişli hüquqi zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycanın sabitliyin və təhlükəsizliyin uzun illər ərzində etibarlı qorunduğu və bunun məntiqi nəticəsi olaraq beynəlxalq tədbirlərin mütəmadi keçirildiyi ölkələrdən biri olduğunu nəzərə çatdıran nazir bununla yanaşı, tək respublikamızın deyil, dünyanın bir çox dövlətlərinin narahatlığına səbəb olan terrorçuluğun, ekstremizmin, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, kibercinayətkarlığın və digər transmilli cinayətlərin təhlükəsinin hələ də real olduğunu, belə qlobal xarakterli təhlükələrlə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.

Səfir Zakari Qros səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdə tolerantlıq mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Tarix
2019.11.13 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Milyarderi Azərbaycana qarşı kim “danışdırır”?

ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

BAXCP sədrindən azərbaycanlı milyarderə - Sərt cavab

“Deyirdi, kameraları söndürün, bir az söhbət edək...”

Gülalıyev niyə sağalmır? – Həkim şok detalları açdı

Komissiya Aprel savaşı ilə bağlı bu sirləri üzə çıxaracaq - Ekspert

Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi

Bu gün Heydər Əliyevin vəfatından 16 il ötür

Yakuboviç Heydər Əliyev barədə elə sözlər söylədi ki...

Milli Məclisə seçkilərdə yəhudilər də iştirak edəcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla