Yuxarı

Van Dammın Azərbaycan paylaşımı: Qəbələyə dəvət aldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jan-Klod Van Damm yubiley ili çərçivəsində Azərbaycana, Qəbələyə, Vəndam qəsəbəsinə dəvətlidir, ona bu barədə məlumat vermişəm.

Bu sözləri Axar.az-a açıqlamasında jurnalist Şakir Eminbəyli Van Dammın Vəndam kəndindəki heykəllə bağlı paylaşımına münasibət bildirərkən deyib. Heykəlin ideya müəllifi olan jurnalist sözügedən fotonu aktyora özünün göndərdiyini deyib:

“Fotonu Van Damma mən atmışam. Onunla yazışmalarımız olub. Jan-Klod Van Damm yubiley ili çərçivəsində Azərbaycana, Qəbələyə, Vəndam qəsəbəsinə dəvətlidir, ona bu barədə məlumat vermişəm. Foto və məlumatı ona oktyabrın 27-də göndərmişdim. Münasibəti artıq bəllidir, məncə...”

Ş.Eminbəyli heykəlin qoyulmasında əsas məqsədinin Qəbələni tanıtmaq olduğunu bildirib:

“Bu heykəllə bağlı istər ideya, istərsə də bütün xərclər, heykəltaraşın seçimi və sair mənə aiddir. Heykəl təxminən 6 aya hazırlanıb. Nəqliyyat xərcləri də daxil olmaqla təxminən 6 min manat pul xərcləmişəm. Əsas hədəf yerli və əcnəbi qonaqların “Gabalove” İnformasiya Mərkəzinə təşrif buyurub, buradan Qəbələnin turizm potensialı haqqında bilgi almasıdır. “İnfosenter” ərazisinə daxil olmaq isə həm də Van Dammla selfi çəkdirmək və paylaşmaq deməkdir”.

Qeyd edək ki, ötən gün məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod Van Damm Qəbələ rayonunda ona qoyulan heykəli öz Feysbuk səhifəsində paylaşaraq, heykəltaraş Azad Əliyevə təşəkkür etmişdi.

Tarix
2019.11.21 / 15:41
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla