Yuxarı

Komitədən Əlibəylinin döyülməsinə - Münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləıri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında kişilərin məişət zorakılığına məruz qalması barədə danışıb.

Axar.az xəbər verir ki, H.Hüseynova dövlət komitəsinə rəhbərlik etdiyi 14 il ərzində iki dəfə belə müraciətlə üzləşdiyini bildirib:

“Birinci dəfə yaşlı bir kişi gəlib dedi ki, məni arvadımdan xilas edin. Kişinin 85, arvadın 82 yaşı var idi. Dedim, ağsaqqal, nə məsələdir. Bizim əməkdaşlar, psixoloq onunla söhbət etdi. Sonra həmin kişidə altsmeyger xəstəliyinin bir çox hallarının üzə çıxdığı məlum oldu.

İkinci hal budur ki, biz təcridxanada olarkən orada gözəl bir qadın gördüm. Dedilər ki, bu, yoldaşının başını kəsib. Təsəvvür edin, bu nə qədər ağır bir işdir. Məlum oldu ki, qadının əri narkoman imiş, içirmiş: zorakılıq yox, elə şeylər edib ki, qadın artıq dözməyib. Hansı stress vəziyətində imiş ki, bunu edib. Onun uşaqları sığınacağa yerləşdirildi”.

H.Hüseynova qeyd edib ki, cəmiyyət bu hadisəyə vaxtında dəstək verməli idi: “Ancaq qadınların kişilərə qarşı şiddətə yol verdiyinin intensiv olduğu barədə məlumatlar düzgün deyil”.

H.Hüseynova daha sonra teleaparıcı Elçin Əlibəylinin döyülməsinə dair suala cavab verib:

“Komitə hər bir halda məsələlərə reaksiya verir. İlk olaraq biz monitorinq qruplarına müraciət edirik. Bir çox hallarda belə hallar üzə çıxanda ciddi psixoloji problemlər olduğunu görürürk. Bax, müraciət edirlər, sonra aydın olur ki, psixoloji problemi var. Mən demirəm ki, o psixi xəstədir. Amma onun hansısa səbəblərə görə səhhətində problemlər mövcuddur. Bu insanların sonradan televiziyaya, sosial şəbəkələrə çıxmasını görürük. Biz sonra bunu araşdıranda müşahidə edirik ki, məsələ əslində o qədər də ciddi deyildi. Siz bizi də başa düşün. Bir də görürsən yazılır ki, filan-filan məsələ olanda komitə niyə münasibət bildirmir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz ona reaksiya verməyək. Bu, bizim işimizdir. Bizi narahat edən məsələ haqında məlumatı yuxarı orqanlara çatdırırıq. Bir çox hallarda cinayət işi açılır. Media bizdən tələb edir ki, kimin günahkar olduğunu açıqlayaq. Halbuki burada hələ araşdırma gedir. Araşdırmalar yekunlaşmadan açıqlama verə bilmərik”.

Tarix
2019.11.22 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla