Yuxarı

“2003-cü ildə silahı yerə qoymamalıydıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“2003-cü ildə silahı yerə qoymamalıydıq”

İraq Türkman Cəbhəsinin sözçüsü və Kərkük El Məclisinin üzvü Əli Sadiq Mehdi 2003-cü ildə Kərkükdə silahı yerə qoymaqda səhv etdiklərini etiraf edib.

Axar.az xəbər verir ki, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda təşkil olunan konfransda danışan məclis üzvü Kərkükdə yaşayan türkmanların silahı yerə qoyduqdan sonra zülm gördüklərini deyib:

"Ən böyük səhvimiz 2003-cü ildə Kərkükdə silahı yerə qoymağımız oldu. Tək istəyimiz bir İraq vətəndaşı kimi yaşamaqdır. 70-ci illərdə Kərkükün hər yerində yalnız türkman həkim, vəkil, dərzi var idi. Səddam Hüseyn 2000-ci ilə qədər türkmanları aradan götürmək istəsə də, bunu bacarmadı. Təəssüf ki, bu, 2003-cü ildən sonra reallaşdı. Bizim sağımızda ərəblər, solumuzda kürdlər var. Kərkükdə vali kürddür. Hansı təşkilata gedirsənsə, "kürdsən, yoxsa türk?" - deyə soruşurlar. 2003-cü ildən sonra kürd peşmərgələri silah gücü ilə torpaqlarımızı əlimizdən aldı. Kərkükdə kürdlər kürdçülük edirsə, biz də türkçülük edəcəyik".

Türkmanların başqalarının damı altında yaşamaq istəmədiyini deyən təşkilat sözçüsü İŞİD-ə qarşı ən çox mübarizə aparan və ən çox itki verən də türkmanların olduğunu bildirib:

"Biz türkmanlar başqasının damı altında yaşamaq istəmirik. Bizə orada Türkiyə gözündən baxırlar. Əgər Türkiyə ilə əlaqələr yaxşı gedirsə, bizlə yaxşı davranırlar. Təəssüf ki, sünni və şiə savaşına türkmanlar təhrik olundu. İŞİD zülmündən qaçan türkmanlar Türkiyəyə sığınsa da, gözlədiyi dəstəyi almadı".

Tarix
2015.02.02 / 10:23
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla