Yuxarı

Bu gedişlə Əliyeva İrəvanda festival keçirəcək – Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gedişlə Əliyeva İrəvanda festival keçirəcək – Erməni KİV

Top-news.am nəşri açıq şəkildə nümayiş etdirdi ki, nəinki bizim ölkə rəhbəri, həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva şəxsiyyəti erməni ictimaiyyətini elə bir vahiməyə salır ki, orada aydın və ya “xoş olmayan” sözlər işlədənlər dərhal hədəfə alınır. Belə ki, erməni jurnalistlərin xəstə təxəyyülü deputat Ayk Sərkisyanın silahlı qüvvələrdə bir aylıq xidməti nəzərdə tutan qanunvericilik təşəbbüsünü Mehriban Əliyevanın Qarabağda muğam eşitmək arzusu haqqındakı fikirlərinin davamı sayır.

“Bir anlıq digər deputatların və baş nazirin öz dostlarının təşəbbüsünü mühakimə edəcəkləri, hətta onu istefaya çağıracaqları düşünülsə də, gözlənilənin əksi baş verdi. Sən demə, bu ideyanı Ermənistan parlamenti Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan dəstəkləyirmiş. Hətta Ayk Sərkisyan iddia edir ki, onun həmkarları arasında bu məsələni dəstəkləyən çoxlu şəxs var”, - deyə nəşr yazır və belə bir qənaətə gəlir ki, məsələnin nəzəri hissəsini Mehriban Əliyeva diktə edir, Ayk Sərkisyan və Andranik Köçəryan isə onu təcrübədə tətbiq edir.

Erməni mənbəsi məqaləni qəmli notlarla yekunlaşdıraraq, tezliklə nəinki Qarabağda muğam oxunacağı, həm də İrəvanda muğam festival keçiriləcəyi fikri ilə tamamlayır.

Tarix
2019.12.06 / 08:15
Müəllif
Zaur Mehdiyev
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla