Yuxarı

Vasif Talıbovun xəstəliyi ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbovun xəstəliyi ilə bağlı açıqlama

"Bəzi kütləvi informasiya vasitələrində Naxçıvan rəhbərliyi və Naxçıvan haqqında yer alan böhtan xarakterli yazıları pisləyirik".

 

Bunu Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov APA-ya açıqlamasında Naxçıvan MR-nin Ali Məclisinin rəhbəri Vasif Talıbovun xəstəlik səbəbindən Bakıya gətirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu tip informasiyaların verilməsi üçün Bakıda Naxçıvan MR-nin daimi nümayəndəliyi mövcuddur: "Nümayəndəliyin rəhbərliyi ilə əlaqə saxlamaq lazımdır. Məlumat dəqiqləşdirildikdən sonra bu, kütləvi informasiya vasitələrinə verilə bilər. Biz bu informasiyaların haradan yönəldildiyindən və kimlərə xidmət etdiyindən xəbərdarıq. Bu, təxribatdır".

Nümayəndəlik rəhbərinin sözlərinə görə, xəbəri yazanlar Muxtar Respublikanın "Şərq Qapısı" qəzetinin saytına da müraciət edə və orada Naxçıvan rəhbərliyinin gündəlik olaraq hansı tədbirlərdə iştirak etməsi ilə bağlı məlumatları görə bilərlər: "Onlar baxsaydılar, görərdilər ki, Naxçıvan rəhbərliyi bu gün bir neçə açılışda iştirak edib. Biz bu məsələləri pisləyirik. Arzu edirik ki, bu məsələlər bir daha təkrarlanmasın. Mən bu tipli təxribatlara əl atanlara bildirmək istəyirəm ki, Naxçıvan Azərbaycanda xüsusi çəkiyə malikdir və daim inkişaf edir. Bunun bariz nümunəsini görmək istəyənlər istənilən zaman Naxçıvana gedə bilərlər".  

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Naxçıvan MR-nin Ali Məclisinin rəhbəri V. Talıbovun xəstələnməsi ilə əlaqədar Bakıya gətirilməsinə dair məlumatlar yayılıb.

Tarix
2015.02.05 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla