Yuxarı

Pakistanın Bakıdakı səfirinin missiyası başa çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanın Bakıdakı səfirinin missiyası başa çatdı

Xarici İşlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Səid Xan Mohmandı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşün əvvəlində səfir Səid Xan Mohmand ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Azərbaycan ilə Pakistan arasında ənənəvi əməkdaşlıq sahələrində müsbət dinamikanın təşviq edilməsinin vacibliyi, habelə turizm, tranzit dəhlizləri və s. istiqamətlər üzrə zəngin potensialın mövcud olması qeyd edilib. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyətinin xüsusi rol oynadığı barədə ümumi qənaətə gəlinib.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki beynəlxalq səylər kontekstində Pakistanın ənənəvi olaraq Azərbaycana göstərdiyi möhkəm dəstəyin iki dost ölkə arasında olan həmrəyliyin bariz nümunəsi kimi qeyd edib.

Pakistan səfiri, öz tərəfindən, Azərbaycanın onun təmsil etdiyi ölkəyə verdiyi dəstəyi və göstərdiyi səmimi münasibəti xüsusi minnətdarlıqla vurğulayıb. Bu xüsusda, tərəflər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin münaqişələrin nizama salınması üçün müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfir Səid Xan Mohmandın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.

Tarix
2019.12.09 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla