Yuxarı

Kalaçev: “Ermənilər Qafqazda ona görə lider deyil ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalaçev: “Ermənilər Qafqazda ona görə lider deyil ki...”

"Rusiya Minskdə öz gücünü açıq şəkildə göstərdi".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib.

O, Minskdə baş verənlərin Ukrayna üçün taleyüklü olduğunu bildirib:

"Avropa bölünməyəcək. Amma Yunanıstan, Macarıstan kimi ölkələr yaranmış ziddiyətlərdən istifadə edərək öz qiymətlərini qaldırmağa çalışacaqlar. Minskdə baş verənlər Avropa üçün yox, Ukrayna üçün taleyüklüdür. Rusiya Minskdə öz gücünü açıq şəkildə göstərdi. Hazırda müasir dünyada pulun gücü silahdan daha çoxdur, lakin burada silah amilini də tam unutmaq gərək deyil. Gəlin, təsəvvür edək ki, Qarabağ Azərbaycanın əlindən alınandan sonra Ermənistan onlara qoşulan Qarabağ ermənilərinin əli ilə əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan digər ərazilərin də böyük hissəsini tutur. Bundan sonra talışlara və ləzgilərə pul göndərərək onları üsyana qaldırır və Bakıdan onun suverenliyi ilə bağlı qoyulan qadağaların ləğv olunmasını istəyir. Uduzan Azərbaycan bundan sonra uzun əsrlər boyunca "Böyük Ermənistan"ın kiçik partnyoru olur. Bundan sonra Qafqazı öz təsir dairəsinə salmaq istəyən ermənilər Gürcüstana nəzər yetirməyə başlayırlar... Bu variantı ona görə absurd hesab etmək olar ki, Ermənistanın "Topol", "İsgəndər" və atom bombaları yoxdur. Rusiyada isə bunlar var. Lakin bunlar onun partnyor kimi cəlbediciliyini nə dərəcədə artırır? Ona görə də yunanlara pul hər şeydən əvvəl lazım olacaq. Avropada parçalanma yalnız iqtisadi yardım və asılılıq baxımından ola bilər. Həmçinin Avropa Birliyində Rusiyanın pullarından da az adam imtina edəcək".

Tarix
2015.02.12 / 20:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla