Yuxarı

Ərdoğan tənqid etdi, Obama başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan tənqid etdi, Obama başsağlığı verdi

ABŞ Prezidenti Barak Obama Şimali Karolinada üç müsəlman gəncin qətlə yetirilməsinə münasibət bildirib.

ANS press-in məlumatına görə, Obama 30 yaşlı Dea Şaddi Bərəkət, onun 21 yaşlı həyat yoldaşı Yusor Əbu-Salha və 19 yaşlı baldızı Rəzan Əbu-Salhanini qəddarlıqla öldürülməsinə görə Federal Təhqiqatlar Bürosunun (FBI) araşdırmalara başladığını deyib:

"ABŞ-da heç kim kimliyinə, dünyagörünüşünə və dini inancına görə hədəf alınmamalıdır".

Həyat yoldaşı Mişel Obama ilə birlikdə qurbanların ailələrinə başsağlığı verən Obama hamını birliyə çağırıb:

"Bu gənc amerikalıların cənazə mərasimində çox böyük insan kütləsinin iştirak etməsi hamımızın tək bir Amerika ailəsi olduğunu göstərdi. Nə zaman aramızdan biri vaxtından əvvəl bizlərdən alınsa, onların necə yaşadığını xatırlayacağıq və qurbanlardan birinin sözləri də bizlərin həyatına ilham olmalıdır: "Amerikada böyümək bir nemətdir". Yusor bunu bu yaxınlarda deyib. Haradan gəldiyiniz fərq etməz. Bir çox fərqli yerdən, fərqli keçmişdən və dindən gələn bir çox fərqli insan var. Amma burada hamımız birik".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərin öldürülməsiylə əlaqədar Obamanı səssiz qalmaqda ittiham etmişdi.

Tarix
2015.02.14 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla