Yuxarı

Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 18 sentyabrda Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea tərəfindən qəbul olunub.

Axar.az xəbər verir ki, görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Elçin Yusubov işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və quruculuq işləri, “Böyük Qayıdış” prosesi, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə qarşı tərəfə geniş məlumat verib.

Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı məqsədilə regionlar və şəhərlər arasında əməkdaşlıq əlaqələrinin qurulması prosesinə əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Bununla yanaşı Rumıniyaya rəsmi səfər çərçivəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun Alba-Yuliya şəhərinin meri Qabriel-Kodru Pleşa ilə görüşü keçirilib. Görüşdə iqtisadi əməkdaşlıq imkanları, işgüzar əlaqələrin qurulmasına dəstək və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, tərəflər arasında turizm sahəsində əməkdaşlığın potensialına, mədəni və tarixi abidələrin təbliğinə xüsusi diqqət yetirilib.

Qeyd edilməlidir ki, Alba-Yuliya Rumıniyanın mərkəzində, Transilvaniya bölgəsində yerləşən və Rumın xalqının milli birliyinin simvolu, iki min illik zəngin və qədim tarixə malik bir şəhərdir.

Tarix
2026.09.19 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla