Yuxarı

Millət vəkili: “Burada elə bir baryer yaradılıb ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Burada elə bir baryer yaradılıb ki...”

"Bu gün Milli Məclisin plenar iclasında bir sıra önəmli məsələləri gündəmə gətirdim".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. Deputatın bugünkü iclasda irəli sürdüyü təklifləri ardıcıllıqla tədim edirik:

1. İqtidar və müxalif siyasi partiyalar arasında dialoqun ölkədəki siyasi mədəniyyətin inkişafı üçün faydalı olacağını qeyd edərək, vacib məsələlərin həllində partiyaların potensialından istifadənin demokratik cəmiyyət üçün vacib amil olduğunu qeyd etdim.

2. Fələstinlə diplomatik münasibətlərimiz olduğuna görə bu ölkənin parlamenti ilə əməkdaşılığı gücləndirmək üçün parlamentlərarası işçi qrupu yaradılmalıdır.

3. Gürcüstan hakim dairələri tərəfindən verilmiş "Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli barədə əsassız olaraq ölkəyə buraxılmama qərarına qarşı Azərbaycanın sərt münasibət ortaya qoymasının vacibliyini vurğulayaraq, bu addımın bilərəkdən Gürcüstanda yaşayan soydaşlarımızla əlaqələrin məhdudlaşdırılması məqsədilə edildiyini və tədbirlər görülməsə, daha fərqli qadağaların ortaya çıxacağını diqqətə çatdırdım.

4. Postsovet məkanında yaşayan bütün azərbaycanlıların əcnəbi kimi tanınmasına son qoyulmalı və soydaş statusu əldə edilməlidir. Bu barədə xüsusi Qanun qəbul olunmalı və bu, Gürcüstanda yaşayan azərbaycanlılara şamil edilməli, onlara qarşı miqrasiya sferasında olan məhdudiyyətlər aradan qaldırılmalıdır.

5. Dövlət qulluğuna qəbul zamanı testdən keçənlər çox vaxt müsabiqədən keçə bilmirlər. Məsələn, mənə müraciət etmiş Araz Nurəddinov adlı vətəndaş 6 dəfə testdən keçmiş ancaq müsabiqədən keçə bilməyib. Demək, burada elə bir baryer yaradılıb ki, vətəndaş qanuni yollarla dövlət qulluğuna qəbul oluna bilmir. Bu məsələnin xüsusilə araşdırılmasını təklif etdim.

Tarix
2015.02.14 / 09:33
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla