Yuxarı

Qarabağ və Minsk sazişinin oxşar cəhətləri - Münaqişə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ və Minsk sazişinin oxşar cəhətləri - Münaqişə

"Üstündən heç bir həftə keçmədi Minskdə razılaşdırılan sənədin hətta texniki hesab edilən bütün bəndləri pozuldu: real atəşkəsə nail olmaq mümkün olmadı və ağır hərbi texnikalar geri çəkilmədi. Sazişi pozan təbii ki, Rusiyanın himayəsindəki separatçılar oldu. Dünən də elan etdilər ki, ağır texnikalarını geri çəkməyəcəklər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ekspert Azər Qasımlı çıxış edib.

Ekspertin sözlərinə görə, bu gün Ukraynanın Debaltsevo bölgəsinin böyük bir hissəsinin və dəmiryol vağzalının ələ keçirilməsi vəziyyəti daha da çətinləşdirəcək:

"Bu bölgə strateji əhəmiyyətə malikdir. Çünki burada yerləşən dəmir yolu vasitəsilə Rusiyadan daha çox və tez bir zamanda hərbi texnika və sursat daşımaq mümkün olacaq. Bu belə də olmalı idi. Çünki bugünkü beynəlxalq münasibətlərdə imzalanan sazişlərin içərisi deyil, bunların yaratdığı və ya yarada bilmədiyi durum, rejim önəmlidir. Məsələn, Qarabağla bağlı imzalanan saziş problemi həll etməyən və gələcək münaqişələrin yolunu açan bir saziş idi. Eynilə Minsk sazişi keçən ilin sentyabrında imzalanan və uğursuz olan sazişin davamıdır. Ona görə də Minsk sazişinin heç bir perspektivi yox idi. Real saziş olsaydı, Olland və Merkel imzalarını atardı. İstənilən sazişdə gözəl sözlər yazıla bilər. Əsas məsələ olanları və ya olmayanları görməkdir".

Ekspert Krımın işğalından sonra beynəlxalq hüquq adında bir şey qalmadığını bildirib:

"Bu, dünəndən yox idi, sadəcə Putin nöqtəsini qoydu. Bir sözlə, beynəlxalq hüququn yerini güclünün hüququ tutub. Daha əvvəl dediyim kimi, onsuz da gec-tez ABŞ Ukraynaya hərbi yardım edəcək, yəni silahlar verəcək. Bunun başqa alternativi yoxdur".

Tarix
2015.02.17 / 22:26
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla