Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
30 May 2020


Nikol Qarabağ danışıqlarını buna görə açdı – Məkrli plan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Qarabağda böyük imkanlara sahib olan sələfləri belə illərlə Madrid prinsiplərini öz həmvətənlərinin müzakirəsinə təqdim etmək qərarını verə bilməyib. Ona görə də Paşinyanın çıxışının əsas nəticəsi Madrid prinsiplərinin tənqid olunması və yekunda dəfn edilməsi ola bilər.

Axar.az xəbər verir ki, bu sözlər azərbaycanlı milyarder Fərhad Əhmədovun “Exo Moskva” radiosunun saytında dərc olunan məqaləsində yer alıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ danışıqlarının detalları və 7 rayonun işğaldan azad edilməsi tələbləri ilə bağlı açıqlamasına münasibət bildirilən məqalədə Paşinyanın bu prinsiplərin taleyini “xalq dəstəkləmir, xalqa qarşı gedə bilmərəm” bəyanatını verməklə həll etməyə çalışdığı qeyd edilib.

Məqalədə Paşinyanın Qarabağla bağlı gözlənilməz çıxışıyla ilk növbədə özünün daxili siyasi cəbhədəki problemlərini həll etməyə çalışdığını bildirilib:

“İlk növbədə o özünün “bir qarış da torpaq verməyəcəyik” deyə Dağlıq Qarabağla bağlı populist çıxışını təmin etməyə çalışır. Bu da onun seçicilərinin böyük çoxluğunun bugünkü əhval-ruhiyyəsinə uyğundur. İkincisi, özünü sələflərindən “daha böyük vətənpərvər” kimi təqdim etməklə Paşinyan siyasi rəqiblərini təqib etməsi üçün indulgensiyalar yazmış oldu. Üçüncüsü, özünə yaxın gələcəkdə dünya ictimaiyyəti tərəfindən mümkün tənqid üçün immunitet təmin etməyə çalışdı. Öz ünvanına səsləndirilən istənilən kritik bəyanata Ermənistan rəhbəri indi rahat cavab verə bilər ki, mən axı demokratam, xalqın səsini necə eşitməyə bilərəm?”

Milyarder uzunmüddətli həllin perspektivləri üçün illər ərzində görülən hazırlığın Paşinyan tərəfindən siyasi məqsədləri üçün bir dəqiqədə qurban verildiyini deyib:

“Bəs vasitəçilər nə edə bilər? Onların “B planı” olduğuna ümid varmı? Məncə, yoxdur. Moskva və Vaşinqton arasında siyasi dialoqun olmadığı şəraitdə o, haradan əldə ediləcək?! Əvvəl bacardıqlarının hamısını onlar hələ 2000-lərin əvvəllərində daha əlverişli siyasi konyunktura şəraitində ediblər. Onların indi bacardıqları yeganə şey yalnız Madrid prinsiplərinin keşiyində dayanmaq ola bilər. Paşinyan yatırımını məhz buna edib, erməniləri mahiyyətcə “yezuit sualı” ilə qarşı-qarşıya qoyub: “Əgər siz bu prinsiplərlə razısınızsa, mən də hazıram”. Cavabı o bilir. Razı deyillər”.

Fərhad Əhmədov Paşinyana Qarabağın həllinin lazım olmadığını söyləyib. O, Paşinyana öz arzusuna uyğun istifadə edə biləcəyi dondurulmuş münaqişənin gərəkli olduğunu vurğulayıb.

Milyarderə görə, Paşinyan bunu öz şəxsi maraqları, hakimiyyəti üçün edir:

“Onun əsas ümidi odur ki, Bakının səbri daşacaq və 2016-cı ilin aprelindəki hücum təkrarlanacaq. Sonradan yenidən vasitəçilər müdaxilə edir, hücumu dayandırır, qarabağlılar isə Paşinyana müdafiə üçün qaçır, Ermənistanda onun avtoriteti güclənir. Siyasi poker bax belədir. Bu o deməkdir ki, bütün vasitəçilər və qonşular bu təxribatı gözləməli və heç bir müdaxilə etməməlidirlər. Bütün bunlar Ermənistandaxili oyunlardır, onda iştirak etmək olmaz. Sakitcə Madrid prinsiplərinə endirilən zərbədən sonrakı yeni situasiyanı analiz etmək və qərarlar axtarmaq lazımdır”.

Tarix
2020.01.31 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ramilin işində erməni izi: nələr ediblər? - Şirinov açıqlayır

Məhkəmə Ramillə bağlı bu səhvi etdi - Cəfəroğlu

Ramil Səfərov Markaryanı necə öldürüb? – Faktlar

Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

AB Əsəd rejiminə qarşı sanksiyanı uzatdı

Bu, bəri başdan qurulmuş təxribat idi - Prezident

Söz vermişdim ki, beş il ərzində... - İlham Əliyev

Nə üçün AXC süqut etdi? - Prezident

Tiflis qülləsi Bayrağımızın rəngləri ilə işıqlandırıldı

ABŞ qubernatorundan türk diplomatın qatili ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla