Yuxarı

İlham Əliyev 1 sərəncam, 6 fərman imzaladı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 1 sərəncam, 6 fərman imzaladı - Yeniləndi

19:06

Prezident İlham Əliyev "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Məmmədov Şıxverdi Süleyman oğlu.

"Tərəqqi" medalı ilə

Ağacanov Əli Sabxan oğlu

Ağalarov Şahin Ağacavad oğlu

Ağayev İsrafil Əvəz oğlu

Camalov İsmət Kamal oğlu

Cəbrayılov İlham Yasəf oğlu

Ədilov Abdulhəmid Sultan oğlu

Haqverdiyev Əhliyar İsa oğlu

Xəlilov Sakit Bəhərçin oğlu

İbişov Eyvaz Əlibala oğlu

Quliyev Teyfur Nübarək oğlu

Quliyev Tərlan Düşməl oğlu

Manafov Aydəmir Haşım oğlu

Mehdiyev Ağaşirin Məhəmməd oğlu

Məhərrəmov Fikrət Əşrəf oğlu

Məmmədov Mühiddin Qədimalı oğlu

Mustafayev Şakir Şaban oğlu".

19:48

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-cu bəndə "balıq" sözündən sonra "və digər su bioresursları" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 9.9-1-ci bənd əlavə edilsin:

"9.9-1. Dövlətin balıqmühafizə və akvakultura sahəsində qanunla müəyyən edilmiş vəzifələrini həyata keçirmək;".

3. 10.37-ci bəndə "balıqçılıq" sözündən sonra "(o cümlədən akvakultura)" sözləri əlavə edilsin.

4. 10.54-cü bənddə "balıqların" sözü "balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin.

5. 10.83-cü bənddə "balıqların" sözü "balıq və digər su bioresurslarının" sözləri ilə əvəz edilsin".

20:21

Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

***

Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

***

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

***

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

***

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Tarix
2015.02.19 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Sülhün təşəbbüskarı bizik, ancaq işğalı necə unuda bilərik?!

Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...

Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident

Orban İlham Əliyevi təbrik etdi

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

İsrail prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla