Yuxarı

Azərbaycanlılar hərəkətə keçdi: Prezidentə müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar hərəkətə keçdi: Prezidentə müraciət

Dərbənd azərbaycanlıları Dağıstan Prezidenti Ramazan Abdulatipova müraciət edib.

Bu barədə Axar.az-a Dərbənd şəhər sakinləri məlumat verib.

Onlar şəhər rəhbərliyinə milliyətcə azərbaycanlı olan şəxsin gətirilməsini istəyiblər:

"Biz Dərbənd şəhərinin azərbaycanlıları sizə problemlərimizin həlli üçün müraciət edirik. Hər ötən il Dərbənd azərbaycanlıları bizə dost olmayanlar tərəfindən öz mədəniyyətlərinə, tarixlərinə qarşı münasibətə dözməli olurlar. Bu gün Dərbənddə olan Azərbaycan xalqı ağlamalı vəziyyətdədir. Xalq çarəsizdir. Biz istəyirik ki, qədim Azərbaycan şəhərini Dərbənddə doğulmuş, əslən azərbaycanlı olan biri idarə etsin. Bu gün Dərbənd Şəhər Administrasiyası sədrinin səlahiyyətlərinin müvəqqəti icraçısı Rəhimov Mövsüm Hilal oğludur. Dərbənd azərbaycanlıları ona inanır və istəyirlər ki, o, şəhərin rəhbəri kimi təsdiq edilsin. Biz bilirik ki, Mövsüm Rəhimov kasıb ailədən çıxıb və həyatda hər şeyə özü nail olub. O, az gəlirli azərbaycanlılara, yetimlərə yardım edir, idmançılarımız üçün sponsor olur. Bizdə olan məlumata görə, hazırda Dərbənd Şəhər Administrasiyasının rəhbərliyi vəzifəsinə konkurs elan edilib. Buraya iddialı şəxslər isə Dərbəndin problemlərindən uzaq insanlardır. Biz Dərbənd azərbaycanlılarına öz xalqını sevən Rəhimov Mövsüm Hilal oğlu lazımdır. Sizə öz hüquqlarımızın qarantı kimi müraciət edirik. Siz Azərbaycan xalqının ümidisiniz. Ona görə də sizdən bu işdə yardımçı olmağınızı istəyirik".

Qeyd edək ki, Mövsüm Rəhimov bir müddət öncə vəzifəsindən azad edilmişdi. Onun yerinə milliyətcə avar olan Azad Rəhimov gətirilmişdi. Dərbənd rəsmiləri Rəhimovun istefa vermədiyini, sadəcə məzuniyyətə getdiyini bildirmişdilər. Rəhimov həmçinin hazırkı mer İmam Yaraliyevin yerinə iddialı ən mühüm şəxs hesab edilir.

Onu da xatırladaq ki, son günlər separatçı "Sadval" təşkilatı Dərbənddə xeyli aktivləşib. Öz himayədarlarından biri hesab edilən İmam Yaraliyevə qarşı cinayət işi qaldırması bu təşkilatı daha da qızışdırıb. Ləzgi liderin vəzifəsindən getməsinə imkan verməmək üçün təşkilat bir həftə sonra Dərbənddə mitinqə hazırlaşır.

Tarix
2015.02.20 / 14:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla