Yuxarı

Parlamentdən manat çıxışları: kim nə dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlamentdən manat çıxışları: kim nə dedi?

Milli Məclisin bu gün keçirilən iclasında baş mövzu manatın ucuzlaşması olub. Axar.az deputatların milli məzənnənin dəyişməsi haqda çıxışlarından ən maraqlı sitatları hazırlayıb.

Zahid Oruc: "Mərkəzi Bankın qərarını dövlətimizin mənafeyinə uyğun hesab edirəm. Ona görə də mən bu qərarı açıq mətnlə müdafiə edirəm". Ziyad Səmədzadə: "Azərbaycan hökuməti manatın ucuzlaşmasından sonra yaranan vəziyyətlə bağlı sosial tədbirlər görməlidir. Qiymətlərin bahalaşmasına qarşı ciddi mübarizə üsulları müzakirə olunmalıdır". Qüdrət Həsənquliyev: "Fakt budur ki, ərzaq məhsullarının qiyməti bazarlarda xeyli dərəcədə artıb. Əsasən də gündəlik tələb olunan malların qiyməti artıb. Ona görə də hökumət bu barədə ciddi şəkildə düşünməlidir". Fazil Mustafa: "Əhaliyə dəyən ziyan ortadadır. Hökumət tərəfindən əhalinin aztəminatlı hissəsinə ümid yarada biləcək ciddi addımlar atılmalıdır. Ən azı təqaüdçülərin, hərbiçilərin, müəllimlərin və digərlərinin daha acınacaqlı vəziyyətə düşməməsi üçün anti-böhran tədbirləri görülməsi vacibdir".

Siyavuş Novruzov: "Hökumət bu məsələləri hesablayır. Hökumətin Milli Məclisdə hesabatı olacaq və o hesabatda görəcəyik ki, hansı addımlar atılır, hansı işlər görülür və nə nəylə əvəz olunur". Milli Məclisin sədri Oqtay Əsədov: "Fikirləşmək lazımdır ki, müharibə ola bilər. Biz rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik".

Tarix
2015.02.24 / 23:36
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla