Yuxarı

Nazir çex səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir çex səfiri ilə görüşdü

Səlim Müslümov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.

Axar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çexiya Respublikasının ölkəmizdəki səfiri ilə görüş olub.

Görüşdə S.Müslümov Azərbaycanla Avropa İttifaqının üzvü olan Çexiya arasında münasibətlərin inkişafından bəhs edib, iki ölkənin prezidentlərinin, eləcə də ayrı-ayrı sahələr üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin siyasi və iqtisadi, habelə humanitar əlaqələrin güclənməsinə səbəb olduğunu, qarşıdakı dövrdə daha geniş əməkdaşlıq sahələrini əhatə etməsinə imkan yaratdığını vurğulayıb.

V.Pivonka Azərbaycan-Çexiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə məsələlərini də əhatə etməsi, bu yöndə uğurlu addımların atılması üçün səfirlik tərəfindən müvafiq səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Çexiya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tarix
2015.02.25 / 14:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla