Yuxarı

Güzəşt paketi kimləri əhatə edəcək? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güzəşt paketi kimləri əhatə edəcək? - Ekspert

Hazırlanan və ölkə başçısına təqdim olunan dövlət dəstəyi paketi ilkin olaraq rəsmi qeydiyyatda olan sahibkarlara və onların əmək müqaviləsi ilə işləyən muzdlu işçilərinə şamil olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkə başçısının tapşırığı əsasında koronavirus pandemiyası ilə əlaqədar olaraq hazırlanan dövlət dəstəyi proqramları barəsində danışarkən deyib. Ekspert bildirib ki, təklif edilən paket əsasında ilk növbədə bu şəxslərə dəstək veriləcək:

“Söhbət təqribən 306 min insandan gedir. Bundan başqa, biznes sahəsində sahibkarlara bəzi güzəştlər ediləcək. Başlıca olaraq biznes kreditlərinin faizlərində güzəştlər olacağı açıqlanıb. Misal üçün on faizlə götürülən biznes kreditlərinin 5 faizi dövlət tərəfindən ödəniləcək.

Digər bir güzəşt isə gözlənildiyi kimi insanların ən çox tələb etdiyi ərzaq mallarına şamil olunacaq. Belə ki, insanların daha çox tələb etdiyi mallardan əlavə dəyər vergisi tutulmayacaq. Hazırda bu məhsulların tam siyahısı Nazirlər Kabineti tərəfindən dəqiqləşdirilir. Yaxın günlərdə digər işçi qruplarını əhatə edən təkliflər paketinin ölkə başçısına təqdim olunacağı gözlənilir”, -deyə o, bilidirib.

Tarix
2020.04.01 / 21:44
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla