Yuxarı

Korona: İslam tarixində bir ilk yaşanır – Hacı Sabir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona: İslam tarixində bir ilk yaşanır – Hacı Sabir

Bu gün bütün dünya, o cümlədən müsəlman ölkələri koronavirusdan əziyyət çəkir.

Bu sözləri Axar.az-a açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahirin yalnız koronavirusun nəticələri bəlli olduqdan sonra ölkələrlə Həcc üçün müqavilələr imzalanacağı haqda açıqlamasını şərh edərkən deyib. S.Həsənli qeyd edib ki, bu, proseslər bitənə kimi müsəlmanların Həcc ziyarətinə gedə bilməyəcəyi deməkdir:

“İslam tarixində ilk dəfədir ki, belə bir hal yaşanır. Mövcud vəziyyətlə əlaqədar müsəlman ölkələrində xüsusi tədbirlər görülür. İnsanlara ibadətlərini evlərində etməsi məsləhət görülür. Səudiyyə Ərəbistanı da bu virusun zəvvarlar arasında yayılmasının qarşısını almaq məqsədilə belə bir qərar verib. Düzdür, bu, Peyğəmbər zamanından bəri bir ilkdir. Amma nəzərə almaq lazımdır ki, hər il dünyada 25 milyon zəvvar Məkkə və Mədinəni ziyarət edir. Bu gün belə bir vəziyyətdə Həcc ziyarətinin edilməsi düzgün deyil. Əlbəttə, islamın 5 mühüm şərtindən biri də Həcc ziyarətidir. Amma hazırkı vəziyyətdə insanlar virusa yoluxa bilərlər. Ona görə də insanlar ilk növbədə özlərini qorumalı, daşıyıcılar isə digər insanlara bu virusu yoluxdurmamalıdır”.

Tarix
2020.04.03 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla