Yuxarı

MTRŞ sədri seçilən gənc kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ sədri seçilən gənc kimdir?

Xəbər verdiyimiz kimi, bu gün İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Axar.az xəbər verir ki, İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.

O, 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi alıb. 2008-ci ildə isə dissertasiya müdafiə edərək, texnika elmləri üzrə fəlsəfə doktoru adını alıb.

2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən Region TV prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış Region TV kanalının direktoru olub, 2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri, ARB-24 MMC-nin direktoru vəzifəsini icra edib.

İki gün öncə - 4 aprel 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə MTRŞ üzvü təyin edilib.

Qeyd edək ki, indiyə qədər MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi.

Tarix
2020.04.06 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla