Yuxarı

Mühacirlərin Bakıya “yardım” hücumu: Müqayisəyə baxın...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejimi səbəbindən qazanc imkanları məhdudlaşan insanlarımıza dövlətin yardımını ölkəmizdən xaricdə yaşayan bəzi mühacirlərin bu şəkildə müzakirə etməsini hətta alqışlamaq da olar.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqtaf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Azərbaycan dövlətinin sosial yardımlarını ABŞ və Avropa dövlətləri ilə müqayisə edən mühacir yutuberlərin təşkil etdiyi kampaniyalara reaksiyasında deyib.

A.Camalqızı fikirlərini sözügedən şəxslərin müqayisə etdikləri dövlətlərin üzərinə çəkib:

“Azərbaycan dövlətinin sosial yardımları qonşularla müqayisə oluna bilər. Ermənistanda, Gürcüstanda vəziyyət necədir? Hansı dəstək göstərilir xalqa? Heç kəs demir ki, Ermənistanda yaradılan Koronavirusla Mübarizə Fonduna cəmi 1,3 milyon dollar vəsait yığılmasını bu ölkənin mediası böyük şadyanalıqla təqdim edir, həmin vəsaitin 800 minə yaxını isə ümumiyyətlə xarici donorların hədiyyəsidir. Azərbaycanda sözügedən Fond necə yaranıb, hazırda vəsaitləri nə qədərdir və Prezidentin və Birinci vitse-prezidentin o Fonda birbaşa ianəsi kimlə müqayisə olunmalıdır bəs?

Cənub qonşumuz İranda əhaliyə hansı dəstək verilir?

Azərbaycan qonşuları ilə müqayisə edilə bilməz. Ən pis halda müqayisə ediləcək qonşu ölkə Rusiya ola bilər – baxmayaraq ki, Rusiya dönyanın böyük güclərindən biridir və ərazi, əhali, təbii resurslar baxımından Azərbaycanla müqayisəolunmaz dərəcədə böyükdür. Amma müqayisə üçün dünyanın supergüclərindən olan Rusiyanı götürək: İşsiz qalan Moskva sakinlərinə təxminən 415, Moskva ətrafındakı sakinlərə isə 320 manat civarında yardım verilir. Yəni Moskvanın bahalı şəhər olduğunu nəzərər alaraq, Moskva ətrafındakı işsizlərə paytaxtdan 25 faiz daha az vəsait verilir.

Azərbaycanda isə işsiz kimi qeydə alınanlara 190 manat, muzdlu işçilərə isə maksimum 712 manat (bu vəsaitdən az maaş alan şəxslərin əmək haqqısı tam, çox alanlara isə 712 manat həcmində) dəstək göstərilir.

Moskvanın çox bahalı şəhər olduğunu Moskvaətrafına ayrılan yardımın fərqində də müşahidə etdik. Belədə Bakı daha adekvat kompensasiya vermirmi?”

Politoloq bir neçə gün öncə Duma sədri Volodinin hökumətin telekonfransında səsləndirdiyi çıxışa da diqqət çəkib:

“Volodin rəsmən bəyan etdi ki, Rusiyada, xüsusilə Moskvada bəzi zəruri ərzaq məhsulları 20 dəfə (!) bahalaşıb. Azərbaycanda hər hansı ciddi bahalaşmanı müşahidə etmək mümkün deyil. Belədə bəzi ərzaq məhsullarının karantin dövründə 20 dəfə bahalaşdığı Moskva ilə Bakının kompensasiya fərqini təsəvvür etmək çətin deyil. Üstəlik, Azərbaycan hökuməti işçilərə fərq qoymadan yardım ayırır, şəhərlisinə, kəndlisinə baxmadan. Bu daha humanistcəsinə bir addımı necə qiymətləndirməmək olar?”

A.Camalqızı həmçinin onu da bildirib ki, Rusiyanın koronavirun vurduğu ziyanın minimallaşdırılması ilə bağlı Tədbirlər Planı ölkənin ümumdaxili məhsulunun təxminən 0,3 faizini, Azərbaycanın Tədbirlər Planı isə ÜDM-nin 3 faizdən çoxunu təşkil edir:

“Əgər müqayisə aparırıqsa, ölkənin ümumdaxili məhsulu, rezervləri, iqtisadi imkanları və əhalisini, ərazisini, təbii resurslarını nəzərə almalıyıq. Azərbaycan Rusiya kimi nəhəng dövlətlə müqayisədə öz ÜDM-dən 10 dəfə çox yardım paketi təklif edib. Bu müqayisəni niyə aparmırlar ki?”

Poltoloqun sözlərinə görə, Azərbaycanı qonşuları ilə müqayisə etməyin mümkün olmadığını xaricdə oturub, guya “Azərbaycan xalqının qayğısına qalanlar” da bilir:

“Ona görə Azərbaycanı ABŞ-la müqayisə edirlər. O ABŞ-la ki, dünyanın ümumdaxili məhsulunun 34 faizinə sahibdir, ÜDM-si 20 trilyondan daha çoxdur, əhalisi və ərazisi, dünyanın əsas gücü olduğu da hamıya bəllidir.

Onların digər müqayisələri isə Almaniyadır. Almaniya faktiki olaraq AB-nin əsas iqtisadi gücüdür və Avropanın iqtisadi baxımdan ən qüdrətli ölkəsidir. Bu qüdrətli ölkələrlə Azərbaycanın müqayisə olunmasına gəlincə, buna görə onlara “çox sağ ol” deməyəcəm. Bunun səbəbi odur ki, Azərbaycanın apardığı iqtisadi siyasətin nəticəsində artıq ölkəmizin qonşuları ilə deyil, supergüclərlə müqayisədə “zəifliyini” sübut etməyə çalışırlar.

Əslində isə bununla Azərbaycanın qüdrətini göstərdiklərinin fərqində deyillər”.

Tarix
2020.04.11 / 21:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla